Həyatını itirən süpürgəçinin kimliyi məlum oldu – YENİLƏNİB

Bakıda qəza nəticəsində vəfat edən təmizlik işçisinin kimliyi müəyyənləşib.

Globalinfo.az bildirir ki, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə bu gün səhər Suraxanı rayonu Ramana qəsəbəsi Samir Əliyev küçəsində qeydə alınıb.

Belə ki, sürücü, Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Sabunçu rayonu Maştağa qəsəbəsindəki Zeytun Emalı müəssisəsinin ərazisində yaşayan 06.05.1997-ci il təvəllüdlü İlkin Vüqar oğlu Şirinov idarə etdiyi “Fiat Doblo” markalı “99-CK-457” dövlət nömrə nişanlı avtomobillə yol kənarında təmizlik işləri görən Tovuz rayonu Lazılar kənd sakini 10.12.1969-cu il təvəllüdlü Pəri Müseyib qızı Məmmədovanı vurub.

Qəza nəticəsində ağır xəsarət alan təmizlik işçisi vəfat edib.

***11:45

Bakıda kommunal idarənin əməkdaşını avtomobil vurub.

Globalinfo.az xəbər verir ki, Heydər Əliyev prospektinin Aeroport şosesi kimi tanınan hissəsində avtomobil süpürgəçi qadını vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli sorğumuza cavab olaraq bildirib ki, hadisəni “Fiat Doblo” markalı avtomobil törədib: “Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır. Hadisəyə hüquqi qiymət veriləcək”.

avtomobil-supurgecini-vurub-oldurdu