kuleba 11

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa ərizəsi yazıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk məlumat yayıb.

O öz sosial şəbəkə hesabında Kulebanın istefa ərizəsini paylaşıb.

***

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba vəzifəsindən azad ediləcək.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Ukraynska Pravda” qəzeti çıxış edib.

Nəşr yazır ki, onun vəzifədən uzaqlaşdırılması da digərləri kimi istefa şəklində olacaq.

Məlumata görə, Kulebanın yerinə kimin gətiriləcəyi hələ ki müzakirə olunur. Lakin böyük ehtimalla xarici işlər nazirinin birinci müavini Andrey Sibiqanın yeni XİN başçısı təyin olunacağı bildirilir.

Qeyd edək ki, ötən gün Ukraynada baş nazirin iki müavini, 4 nazir və bir fond rəhbəri istefa ərizələrini təqdim ediblər. Kadr dəyişikliklərinin davam edəcəyi deyilir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: