Şimali Kuril adalarının (Rusiya) sahillərində güclü zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.
Yeraltı təkanlar aprelin 7-də Moskva vaxtı ilə 05:59-da Sakit okeanda qeydə alınıb.
Zəlzələnin maqnitudası 5,4-ə çatıb. Episentri isə Severo-Kurilskdən 165 kilometr cənubda Paramuşir adasında yerləşib.
Rusiyada sunami təhlükəsi elan edilməyib.
Qeyd edək ki, aprelin 6-da Gürcüstanda 4, İranda isə 3,6 bal gücündə zəlzələ olub.
Safura Bənnayeva
Globalinfo.az