qatar8

Ermənistana Rusiya taxılı daşıyan növbəti yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Böyük Kəsik dəmir yolu stansiyasına çatıb.

Globalinfo.az xəbər verir ki, barədə səhmdar cəmiyyətdən bildirilib.

ADY-dan o da bildirilib ki, bundan əvvəl Ermənistana Rusiya taxılı daşıyan daha 3 yük qatarı göndərilib.

***14:09

1990-cı illərdən bəri ilk dəfə olaraq Rusiyanın Volqoqrad vilayətindəki Qmelinskaya stansiyasından Azərbaycan vasitəsilə Ermənistana taxıl vaqonları göndərilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Privoljski Dəmir Yolları mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, 8 taxıl vaqonundan ibarət ilk partiya İrəvan stansiyasına çatdırılacaq.

    Qeyd olunub ki, bu ilin sonuna qədər bu marşrutla 30 taxıl vaqonunun – iki min tondan çox taxılın göndərilməsi planlaşdırılır. Privoljski Dəmir Yollarından o da bildirilib ki, yeni logistika xidməti Azərbaycan vasitəsilə Ermənistana yük tranzitinin bərpası ilə mümkün olub.

    Paylaş: