Daha bir miqrant faciəsi: ölənlər var – YENİLƏNİB

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 20 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Çanaqqala valisi İlham Aktaş bildirib.

Məlumata görə, bölgədə 10 sahil mühafizə gəmisi, 2 helikopter, dəniz polisi və başqa qurumların əməkdaşları axtarış-xilasetmə əməliyyatını davam etdirir.

Bildirilib ki, Kabatəpə limanında çoxlu sayda təcili yardım maşını hazır vəziyyətdə saxlanılır.

***13:51

Türkiyə sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

X X X

Türkiyənin Çanaqqala bölgəsində qanunsuz miqrantları daşıyan qayıq batıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Çanaqqalanın Eceabat rayonu sahillərində baş verən hadisə zamanı 2-si körpə olmaqla azı 8 nəfər ölüb.

Bölgəyə cəlb edilən sahil təhlükəsizlik qrupları 4 nəfəri xilas edib.

Çanaqqala valisi İlhami Aktaş da məsələ ilə bağlı açıqlama verərək, Eceabat rayonu sahillərində axtarış-xilasetmə işlərinə başlandığını deyib.