Daha bir icra başçısının müavini işdən çıxarıldı

 

Naxçıvan Muxtar Respublikası Babək rayonunun icra başçısının müavini işdən azad olunub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra başçısının 1-ci müavini Əliyev Heydər Həsən oğlu işdən çıxarılıb. Artıq bu vəzifəyə yeni təyinat da olub. Belə ki, icra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub.