Daha bir hərbçimiz şəhid oldu – FOTO

Son hərbi əməliyyatda iştirak edən və Xocavənd istiqamətində ağır yaralanan Qasımov Cahan Xəqani oğlu şəhid olub.

Globalinfo.az xəbər verir ki, məlumatı İsmayıllı rayon kənd icra nümayəndəliyindən “Qafqazinfo”ya təsdiq ediblər.

Bildirilib ki, şəhid Cahan Qasımov bu gün dəfn ediləcək.

Qeyd edək ki, şəhidimiz İsmayıllının Qalınçaq kəndindəndir.

Allah rəhmət eləsin!