Daha bir güclü yanğın: 4 otaqlı ev kül oldu

Axşam saatlarında Şəkinin Salman Mümtaz küçəsində yaşayış evində yanğın hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, şəhər sakini 67 yaşlı Şahid Nəsirova məxsus evdə baş verən yanğının sündürülməsi üçün Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi göndərilib.

Nəticədə ümumi sahəsi 120 kvadratmetr olan bir mərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yanğınsündürənlərin səyi ilə yanğının yaxınlıqdakı qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisənin səbəbləri araşdırılır.

17423252303890634281 1200x630 1742324751 2 1742324792 1