Daha bir erməni əsgəri öldü

Ermənistanda hərbi qulluqçu Hranik Xnkoyan aldığı yaradan ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, insident avqustun 11-də naməlum şəraitdə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün başqa bir hərbi hissəsinin hərbi qulluqçusu – Jora Karapetyan da qeyri-müəyyən şəraitdə ölümcül güllə yarası alıb.