Daha bir azyaşlı qızılcadan öldü – YENİLƏNİB

Xəstə Y.Ə. 5 fevral 2024 – cü il tarixdə, saat 10:17 radələrində valideynləri tərəfindən xəstəxanaya gətirilib.

Globalinfo.az xəbər verir ki, bunu APA-nın cənub bürosuna Astara Rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev bildirib.

“Müvafiq həkimlər tərəfindən xəstə müayinə olunub və ona qızılca diaqnozu qoyulub. Vəziyyəti ağır olmadığına görə ambulator müalicəyə göndərilib. Həkim nəzarətində saxlanılması məsləhət görülüb. 7 fevral tarixində Astara Rayon Mərkəzi Xəstəxanasına müraciət edilib və orada ona bədən hərarəti yuxarı olduğuna görə yardım göstərilib, infuziya da olunub. Vəziyyəti stabilləşəndən sonra evə göndərilib. Bu gün səhər saatlarında ailə üzvləri tərəfindən təcili yardıma çağırış olunub. Təcili yardım onların evinə gedərkən, yolda həmən xəstənin gətirilməsini görüblər və maşında təcili yardım həkimləri xəstəni müayinə ediblər. Onun həkimə qədərki ölüm faktı qeydə alınıb”.

***12:41

Astara rayonunda azyaşlı uşaq qızılcadan ölüb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə rayonunun Maşxan kəndində baş verib.

Belə ki, kənd sakini – 2018-ci il təvəllüdlü Y.Ağamir oğlu Əliyevdə 4 gün əvvəl qızdırma olub. Valideynləri onu xəstəxanaya aparıb və müalicə təyin edilib. Buna baxmayaraq, uşağın hərarəti enməyib, əksinə, vəziyyəti daha da pisləşib. Dünən isə təcili yardım xidməti ilə uşaq yenidən xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.