NATO Rusiyanın Avropa hava məkanını pozduğu iddiasına “bütün gücü ilə” cavab verəcək.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Britaniyanın müdafiə naziri Con Healey deyib.
“Heç bir şübhə olmamalıdır: NATO-ya təhdid olarsa, biz hərəkətə keçəcəyik. Və biz bütün gücümüzlə eskalasiyaya cavab verməliyik”, – Böyük Britaniyanın müdafiə naziri bildirib.
O, hava məkanının pozulması ilə bağlı iddia edilən insidentləri “ehtiyatsız, təhlükəli və tamamilə qəbuledilməz” adlandırıb.
Safura Bənnayeva
Globalinfo.az