Daha 7 min abonentin qazı kəsiləcək

Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

Globalinfo.az-ın məlumatına görə, Xırmandalı qaz paylayıcı stansiyadan Bayraq meydanına qədər diametri 225 mm-lik, uzunluğu 9500 metr, Zəhmətabad kəndinə qədər olan məsafədə diametri 160 mm-lik uzunluğu 300 metr polietilen qaz xətlərinin kipliyə sınaq olunması məqsədilə 25 avqust saat 10:00-dan işlər başa çatana qədər qaz təchizatı dayandırılacaq.

Qeyd olunan ərazilərdə yaşayan abonentlərə qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqları və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir.