Tanınmış idmançı öz məhəlləsində güllələndi – Anbaan VİDEO

Dağıstanda Rusiyanın əməkdar məşqçisi, sərbəst güləş üzrə SSRİ idman ustası Abdulmanap Nurməhəmmədovun tələbəsi 21 yaşlı Məhəmməd Mutayev qətlə yetirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Qatil idmançını yaşadığı binanın girişində gözləyib. Mutayev avtomobillə məhəlləyə yaxınlaşan zaman həmin şəxs idmançıya azı 7 dəfə atəş açıb.

Məhəmməd Mutayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Şübhəlinin tutulması istiqamətində tədbirlər görülür.

Zaira Akifqızı
Globalinfo.az