Dağıstanda partlayış: ölü sayı artdı – YENİLƏNİB

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli tibb işçiləri bildirib.

***10:29

Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30-a çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dağıntılar altındakı daha 3 nəfərin meyiti tapılıb.

***09:00

Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı yenidən artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb

Ölənlərin sayının 27 nəfərə çatdığı, 75-nin isə yaralandığı qeyd olunub.