Dağıntılar altında qalan ana və körpəsi tutuquşu sayəsində xilas oldu – VİDEO

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra xilasetmə əməliyyatlarında tutuquşunun sayəsində bir ana-bala xilas olublar.

Globalinfo.az xəbər verir ki, barədə zəlzələ günündən bəri dağıntılar altında qalan vətəndaşları xilas etmək üçün iş aparan, hazırda isə İstanbula qayıdan BAĞKUT (Bağçılar Axtarış-Xilasetmə) qrupunun lideri Yaşar Ermiş danışıb.

Onun sözlərinə görə, hadisə Qaziantep vilayətinin Nurdağı şəhərində yaşanıb.

Belə ki, xilasedicilər dağıntılar altından balaca bir tutuquşunun çıxdığını görüblər. Dərhal orada adam ola biləcəyini düşünüblər. Səsləniblər, sonra isə cavab gözləyiblər. Cavab gələndə isə həmin dəlik ətrafında işlərə başlanılıb. Nəticədə uçmuş tavanın altında qalan Büşra Özdemir və 3 yaşlı qızı Nur Sima xilasedicilər tərəfindən xilas ediliblər.