Dağdan bal yığan kişi faciəvi şəkildə öldü

Şahbuz rayon Keçili kənd sakini 1981-ci il təvəllüdlü Əliyev Pirverdi Əvəz oğlu dağdan qaya balı yığarkən tarazlığı itirib, nəticədə dərəyə düşərək vəfat edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Şahbuz rayonunun Keçili kəndində, “Sərxanlı” adlanan ərazidə baş verib.

Mərhum qayadan kəndirlə aşağı düşən zaman 38-40 metr hündürlükdən dǝrǝyǝ düşərək vəfat edib.