Cüdoçumuz Budapeştdə keçirilən turnirə qatıla bilməyəcək

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə Masters turnirində – 100 kiloqram çəki dərəcəsində çıxış etməli olan milli yığmanın üzvü Zelim Kotsoyev xəstələndiyinə, yüksək hərarəti və öskürəyi olduğuna görə, milli yığmanın baş həkiminin təqdimatı, baş məşqçinin və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilir ki, Zelim Kotsoyevin müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.