Cüdo Federasiyasından 16 yaşlı yeniyetmənin qətlinə REAKSİYA

Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında 16 yaşlı cüdoçu Turan Rüstəmovun ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. O, aldığı bıçaq xəsarətləri nəticəsində həyatını itirib.

Azərbaycan Cüdo Federasiyasından Globalinfo.az-a bildirilib ki, federasiyada hadisə ilə bağlı əlavə məlumat yoxdur:

“Federasiya olaraq belə hadisənin baş verməsinə görə təəssüf hissi keçiririk. Hadisənin hansı səbəbdən yaşanması və təfərrüat barədə bizdə məlumat yoxdur. Allah rəhmət eləsin”.

Qeyd edək ki, hadisəni törədən 20 yaşlı idmançı Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılıb və hadisə hüquq mühafizə orqanları tərəfindən araşdırılır.

Zaira Akifqızı
Globalinfo.az