Çovdarovun 30 milyonluq əmlakını nə gözləyir?

Keçmiş MTN-in idarə rəisi Akif Çovdarovun əmlakları ilə bağlı məhkəmə çəkişməsi davam edir.

Globalinfo.az “Qafqazinfoya istinadən xəbər verir ki, Çovdarovun 30 milyon manatlıq əmlakları ilə bağlı Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırma aparılacaq.

Çoxdandır müzakirə mövzusu olan əmlaklarla bağlı bu dəfə hakim Mirzəli Abbasovun sədrlik etdiyi hakimlər heyəti qərar verəcək.

İlk iclas iyulun 7-nə təyin edilib.