Corc Dik xalqımızı belə təbrik etdi – VİDEO

İsrail səfiri Corc Dik Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, bununla bağlı səfirliyin “Twitter” hesabında paylaşım edilib.

“Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edir, hər kəsə can sağlığı, bol ruzi-bərəkət arzu edirəm. Novruz bayramınız mübarək!”, – deyə o paylaşımda qeyd edib.