Corc Dik Muxtar Məmmədovu təbrik etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Muxtar Məmmədovu İsrailə səfir təyin olunması münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, İsrail diplomatı bu barədə tviterdə paylaşım edib.

“Səfirliyinizin açılışını və sizin orada fəaliyyətə başlamanızı səbirsizliklə gözləyirəm. Biz birlikdə ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcəyik, genişləndirəcəyik və dərinləşdirəcəyik”, – diplomat bildirib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Muxtar Məmmədov Azərbaycanın İsraildə səfiri təyin edilib.