Corc Buşa atılan ayaqqabı satılır – QİYMƏT

2008-ci il dekabrın 14-də İraqın baş naziri Nuri əl-Malikinin sarayında Amerikanın keçmiş prezidenti Corc Boş jurnalistlərin suallarını cavablandırarkən qəribə hadisə baş vermişdi. Bu zaman raqlı jurnalist Muntadhar Al-Zaid Corc Buşa ayaqqabısını atmışdı. Ancaq buna baxmayaraq Buş əyilərək hər iki ayaqqabıda qaçmağı bacarmışdı. Həmin dövrdə bu hadisə bütün dünyada sensasiya yaratmışdı. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, daha sonra bu adi, dəyərli heç bir daşla bəzədilməyən ayaqqabı fantastik qiymətə istənilib. Səudiyyəli iş adamlarından biri ayaqqabı üçün 10 milyon dollar təklif edib.

Bildirilir ki, jurnalist Əl-Zeydinin geyindiyi bu ayaqqabılarını türk usta Ramazan Bayzan tikib. Şirkət bu hadisədən sonra cəmi bir həftə ərzində ayaqqabı üçün 300 min sifariş alıb.