Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi altında Təşkilat Komitəsinin bir sıra üzvləri Bakı Olimpiya Stadionuna baş çəkiblər.

Globalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən hazırlıq prosesinin gedişatı barədə təqdimat keçirilib.

Sonra Prezident Administrasiyasının rəhbəri və onu müşayiət edən şəxslər Mavi və Yaşıl zonalar, o cümlədən Liderlər Sammiti, ölkə pavilyonları, plenar zallar, əlavə tədbirlər, media üçün ayrılmış məkan və digər məntəqələrə baxış keçirib, infrastrukturun qurulması üzrə aparılan işlərlə tanış olublar.

Sonda Təşkilat Komitəsinin sədri aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.

a9d6da2e c8c8 32d3 a0bb 9ca0e7401097
042eb969 f1c9 35d0 b9c6 b2e5d55eeb81
71c2aa66 bdac 3ce3 8cf4 caac179978db
9580b146 4479 3cef b6b0 0559a8b998c7

Paylaş: