1727467918.b15527d7 29da 3e84 babe b6b1b6a317a4 850

COP29-un müəyyən olunmuş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Böyük Britaniyanın enerji təhlükəsizliyi və “xalis sıfır” emissiyalar üzrə dövlət katibi Ed Milibendlə görüşüb.

Globalinfo.az xəbər verir ki, tərəflər dekarbonizasiya üzrə Paris Sazişinin məqsədlərinə nail olmağın əhəmiyyətini vurğulayıblar.

Onlar qlobal enerji keçidini sürətləndirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək və iqlim məqsədlərinə nail olmaq baxımından dayanıqlı texnologiyalara bərabər çıxışı təmin etmək üçün strategiyaları müzakirə ediblər.

Paylaş: