65ae791964e6f65ae791964e70170593308165ae791964e6c65ae791964e6e

2024-cü il yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ilk iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edildiyini, ölkəmizin baza ili olan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35% azaldılması öhdəliyini götürdüyünü, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının “Yaşıl enerji” zonası elan edildiyini bildirib. Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib.

Təşkilat Komitəsinin sədri Samir Nuriyev Azərbaycanın ətraf mühitin qorunması və qlobal iqlim dəyişmələri sahəsində beynəlxalq səyləri daim dəstəklədiyini və bu prosesə töhfələr verdiyini vurğulayıb. Samir Nuriyev Azərbaycanda iqlim dəyişmələrinə qarşı həyata keçirilən fəaliyyətin beynəlxalq aləmdə təqdir edildiyini və dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasının ölkəmizdə keçirilməsi barədə yekdil qərarın qəbul edilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizə beynəlxalq səviyyədə olan hörmət və etimadın bariz göstəricisi kimi dəyərləndirildiyini bildirib.

Təşkilat Komitəsinin sədri 2023-cü il dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-la bağlı keçirilmiş müşavirədə hazırlıq işlərinə dərhal başlanılması barədə verdiyi tapşırığa toxunaraq, tədbirin ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyini bildirib.

Samir Nuriyev bu həftə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinin Azərbaycana texniki missiya göndərəcəyini, dialoq şəraitində hazırlıq işlərinin aparılacağını bildirib və COP29-un təşkil edilməsi məqsədilə bütün aidiyyəti sahələrdə ehtiyacların qiymətləndirilməsinin zəruriliyini qeyd edib. Samir Nuriyev, eyni zamanda, beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü və etibarlı tərəfdaş kimi Azərbaycanın əvvəki illərdə COP-a ev sahibliyi etmiş ölkələrlə təcrübə mübadiləsi apardığını bildirib.

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin COP29-la bağlı verdiyi tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə məlumat verib və ölkəmizin COP29-a hazırlıq prosesində dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, yerli və beynəlxalq media və digər tərəf müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazır olduğunu vurğulayıb.

Daha sonra Təşkilat Komitəsinin üzvlərinin gündəlikdə duran məsələlər üzrə məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Baş danışıqçının heyətinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.
65ae7919a4ab665ae7919a4ab7170593308165ae7919a4ab365ae7919a4ab5 65ae79199176d65ae79199176e170593308165ae79199176965ae79199176b
65ae79197e06c65ae79197e06d170593308165ae79197e06865ae79197e06a65ae791a06f0165ae791a06f02170593308165ae791a06efe65ae791a06eff 65ae7919e951b65ae7919e951c170593308165ae7919e951865ae7919e951a 65ae7919dbbe265ae7919dbbe3170593308165ae7919dbbdf65ae7919dbbe1 65ae7919ce23165ae7919ce232170593308165ae7919ce22e65ae7919ce230 65ae7919bb40765ae7919bb408170593308165ae7919bb40465ae7919bb406 65ae791a1573d65ae791a1573e170593308165ae791a1573965ae791a1573b
65ae7c1f3a92d65ae7c1f3a92e170593385565ae7c1f3a92b65ae7c1f3a92c  65ae791a25c9a65ae791a25c9b170593308165ae791a25c9765ae791a25c99

Paylaş: