polis

Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən fasiləsiz xidmət davam etdirilib.

DİN-in Mətbuat Xidmətindən Globalinfo.az-a verilən məlumata görə, dağlıq ərazilərdə, şəhər mərkəzləri ilə yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də magistrallarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib. Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan təmizlənir, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülüb.

Mövcud hava şəraiti ilə bağlı DİN-in “102” Xidməti Zəng-Mərkəzinə daxil olan çağırışlar üzrə avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verili.b

Xidmət fasiləsiz davam etdirilib.

455e1265 0aa2 467b 897a 3c51484c8874
4899983b df3b 4ab4 a178 ed3efd8336f5
38aeea36 da4d 4118 a755 4c49b5d6438a
975a0c78 f25e 456c b163 35827823f8cc

Paylaş: