ÇL-də erkən final: “Real Madrid” – “Mançester Siti” matçında iki qol

UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib.

Globalinfo.az xəbər verir ki, ilk oyund İspaniya klubu “Real Madrid” İngiltərə təmsilçisi “Mançester Siti”ni qəbul edib. “Santyaqo Bernabeu”dakı oyunda hesabı meydan sahibləri açıb: 36-cı dəqiqədə Vinisius Junior fərqlənib.

67-ci dəqiqədə Kevin De Bruyne bərabərlik topunu vurub və matç 1:1 hesabı ilə başa çatıb.

Bu komandalar arasında cavab oyunu mayın 17-də Mançesterdə keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşündə bu gün İtaliya klubları “Milan”la “İnter” üz-üzə gələcəklər.