Çingiz Hüseynovun dəfn yeri bilindi

Yazıçı Çingiz Hüseynov İsraildə dəfn olunacaq.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya yazıçının həyat yoldaşı Yelena Tverdislova məlumat verib.

Onun sözlərinə görə, Çingiz Hüseynov sabah yerli vaxtla saat 10-da Ben Qior qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, uzun müddətdir, İsraildə yaşayan yazıçı Çingiz Hüseynov bu gecə 94 yaşında vəfat edib.