Çingiz Aytmatovun heykəli ilə bağlı işlər nə yerdədir?

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakı şəhərində ucaldılacaq abidəsi hazırlanmağa başlayıb.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya abidənin müəllifi Xalq rəssamı Natiq Əliyev məlumat verib.

Heykəltəraşın sözlərinə görə, hazırda abidənin yumşaq materialdan hazırlanması prosesi başlayıb: “Yalnız bundan sonra abidə bürüncdən tökülə bilər”.

Xatırladaq ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parkda ucaldılacaq.

Əməkdaşımız bir neçə gün öncə ərazidə olub və parkda abidə üçün görülən hazırlıq işləri ilə tanış olub.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatovun Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.