Çingiz Abdullayev xəstəxanadan niyə buraxılmır? – Anardan açıqlama

“Əslində, Çingiz Abdullayev bu gün işə çıxmalı idi, amma hələ də xəstəxanada olduğuna görə gələ bilmədi”.

Bu sözləri Globalinfo.az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev Xalq yazıçısı Ç.Abullayevin səhhəti ilə bağlı danışarkən deyib.

O, Xalq yazıçısının ailə üzvləri ilə danışdığını bildirib:

“Ailəsi ilə yeni danışmışam, hər şey yaxşıdır. Çingiz bəy özünü yaxşı hiss etdiyi üçün ya sabah, ya da çərşənbə günü evə buraxılacaq. Lakin işə növbəti həftənin ilk günü çıxacaq”.

Qeyd edək ki, mediada Çingiz Abdullayevin zəhərlənməsinə dair məlumatlar yayılıb. Qida Təhlükəsizliyi Agentliyindən isə Xalq yazıçısının qida qəbulundan zəhərlənmədiyi açıqlanıb.

Zaira Akifqızı
Globalinfo.az