rocket launch into blue starry sky space wallpaper scaled
Çinli özəl kosmos şirkəti “Sepoch” ilk çoxistifadəli raketini uğurla sınaqdan keçirib. Bu şirkət, milyarder İlon Maskın rəhbərlik etdiyi “SpaceX” kimi özəl sektora aiddir və kosmik yarışda ciddi iddialarla çıxış edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nexta” məlumat yayıb.

Sınaq uçuşu cəmi 125 saniyə davam edib. Bu müddət ərzində raket 2,5 kilometr hündürlüyə qalxıb və daha sonra yumşaq şəkildə su səthinə eniş edib. Sınaq şirkət tərəfindən uğurlu hesab olunub.

Ekspertlərin fikrincə, əgər Çin bu istiqamətdə inkişafı davam etdirərsə və “SpaceX”in texnoloji səviyyəsinə çata bilsə, qlobal kosmik bazarda ciddi dəyişikliklər baş verə bilər.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: