Ukrayna savaşını belə bitirək – Çin liderindən 4 təklif

Çin Prezidenti Si Szinpin Ukrayna məsələsinin həlli və sülhü mümkün qədər tez bərpa etmək üçün dörd prinsip təklif edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə  “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, Çin prezidenti bu barədə Pekində Almaniya kansleri Olaf Şoltsla görüşü zamanı danışıb.

“Birincisi, biz sülh və sabitliyin qorunmasını prioritet hesab etməli və eqoist maraqlarımızı təmin etməkdən çəkinməliyik. İkincisi, alova yağ tökməmək, vəziyyəti sakitləşdirmək lazımdır. Üçüncüsü, sülhü bərpa etmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün şərait formalaşdırmalıyıq. Dördüncüsü, müharibələr nəticəsində dünya iqtisadiyyatına mənfi təsirləri azaltmalı, qlobal sənaye və təchizat zəncirlərinin sabitliyini pozmaqdan çəkinməliyik”.

Qeyd edək ki, Olaf Şolts aprelin 12-dən Çindədir. Bu, onun Almaniya kansleri kimi Çinə ikinci səfəridir.

Ayşən Mustafa
Globalinfo.az