Çin ordusunun rəsmisi Putinlə görüşdən sonra yoxa çıxdı – FOTO

Çin Mərkəzi Hərbi Şurasının sədr müavini, general Zhang Yuxia yoxa çıxıb.

Globalinfo.az xəbər verir ki, Rusiya səfərindən qayıtdıqdan sonra onunla heç kimin əlaqə saxlaya bilmədiyi deyilir.

Belə ki, Z.Yuxia 11 gün əvvəl Rusiyaya səfər edib və Prezident Vladimir Putinlə görüşüb. Lakin Çinə qayıtdıqdan sonra onu bir daha heç kim görməyib, barəsində xəbər alınmayıb.

Çinli generalın vəziyyətinin necə olduğu, başına nəyin gəldiyi bilinmir.

Əliyar Xəlil
Globalinfo.az