Putinlə Si Szinpin arasında görüş bitdi – 5 saat ərzində nəyi müzakirə ediblər?

Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında qeyri-formal görüş başa çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Çin rəhbəri Kremli tərk edib.

Bildirilib ki, tərəflər arasında danışıqlar, demək olar, 4,5 saat davam edib.

***17:47

Moskvada Rusiya prezidenti Vladimri Putinlə Çin lideri Si Szinpin arasında görüş başlayıb. 

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, görüş Kremldə keçirilir.

Qeyd edək ki, Si Szinpin bu gün Rusiyaya səfər edib.

Çin liderinin səfəri martın 22-dək davam edəcək.

***13:13

Çin Xalq Respublikasının sədri Si Szinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir.

Globalinfo.az xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

S.Szinpin və V.Putin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub.

Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir.