Çimərliklərə azyaşlı uşaqları ilə gedənlərə xəbərdarlıq – VİDEO

Havalar kəskin isti keçdiyindən çimərliklərə üz tutanların sayı artır.

Globalinfo.az Xezerxeber.az-a istinadən xəbər verir ki, azyaşlı övladları ilə çimərliyə istirahətə gələnlər də az deyil.

“Təəssüflər olsun ki, bəzən ani diqqətsizlik səbəbindən valideynlər uşaqlarını çimərlikdə itirirlər.”

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təkcə paytaxt ərazisində ötən həftənin bazar günü dəniz sahilində ümumilikdə 42 azyaşlının itməsi faktı qeydə alınıb. təhlükəsizlik tədbirlərinə cəlb edilən polis əməkdaşları tərəfindən uşaqlar tapılıb və ailələrinə təhvil verilib.

Dəniz kənarında yerləşən obyektlərin inzibatçıları deyirlər ki, belə faktlarla tez-tez rastlaşırlar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən o da bildirilib ki, belə halların qarşısını almaq üçün çimərliklərə əlavə naryadlar cəlb edilir.

Odur ki, valideynlər diqqətli olmalı, uşaqları nəzarətsiz buraxmamalıdırlar. Çünkü sonrakı peşmançılıq fayda vermir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: