Çimərlikdə “avtoş”luq edən gəncin cəzası bəlli oldu – VİDEO

Xəzər rayonu ərazisindəki çimərlikdə avtoxuliqanlıq edən şəxs məhkəməyə çıxarılıb.

Globalinfo.az bildirir ki, bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.

A. Əsgərli bildirib ki, Xəzər Rayon Məhkəməsinin qərarı ilə 21 yaşlı Rəşad Heydərzadə İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 15 sutka inzibati qaydada həbs olunub. Bundan başqa o, 1 illik sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, R. Heydərzadənin çimərlik ərazisində “Vaz 2107” markalı markalı avtomobillə avtoxuliqanlıq etdiyini əks etdirən videogörüntülər yayılıb.