CHP-yə yeni sədr gəldi – Ərdoğandan reaksiya

Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyi heç nəyi dəyişməyəcək.

Globalinfo.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.

“Dünən ana müxalifət partiyasının qurultayı oldu. Bay Kamal kiminlə vidalaşdı? O, Ədirnədəki terrorçubaşıya “görüşənə qədər” dedi. Onlar bir-birindən heç nə ilə fərqlənmirlər. Onlar terror təşkilatı ilə çiyin-çiyinə addımladılar”, – Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Cumhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının ikinci turunda Özgür Özəl 812 səs toplayaraq qalib gələrək yeni sədr seçilib.