CHP-li namizədin seçki coşqusu faciə ilə sonlandı: 4 yaralı var

Türkiyənin Dənizli bölgəsinin Tavas mahalının rayon mərkəzində Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədinin qələbəsi qeyd edilərkən balkon çöküb. 

Globalinfo.az xəbər verir ki, CHP Kadir Tatık yerli özünüidarəetmə orqanları üzrə keçirilən seçkilərdə öncə olduğu üçün rayon mərkəzində təbir keçirilib.

Həmin an ikimərtəbəli tədbir zalının birinci mərtəbəsindəki eyvan uçub. Bakonda olan 4 nəfər yaralanıb. Birinin vəziyyətinin ağır olduğu deyilir.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilib.

Qeyd edək ki, ilkin nəticələrə əsasən Cümhuriyyət Xalq Partiyasının namizədləri Ankara, İstanbul, İzmir kimi böyük şəhərlər daxil olmaqla bir çox bölgədə üstünlük qazanıblar.

Ayşən Mustafa
Globalinfo.az