Ceyhun Bayramov sabah Moskvada rusiyalı həmkarı ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Dekabrın 23-də Moskvada Rusiya Federasiyası və Azərbaycan Respublikasının xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov arasında danışıqlar keçiriləcək”, – deyə diplomatik idarədən bildirilib.