Ceyhun Bayramov: “Onlar ən sərt şəkildə cəzalandırılmalıdır”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Tehrandakı səfirliyimizə olan silahlı hücumla bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, paylaşımda deyilir:

“Azərbaycan Respublikasının İrandakı Səfirliyinə xain terror hücumunu qətiyyətlə pisləyirik. Həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı veririk.

Terror hücumunu törədənlər və onun sifarişçiləri qısa müddət ərzində ən sərt şəkildə cəzalandırılmalıdır”.