0df431d7 86b2 37ec 8b57 70fc758f3a4d 850

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Norveç Krallığının beynəlxalq inkişaf naziri Anne Beate Tvinnereym ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Globalinfo.aza verilən məlumata görə, görüşdə Azərbaycanın COP29-da sədrliyi çərçivəsində Norveçlə əməkdaşlıq imkanları, həmçinin regional məsələlər müzakirə edilib.

Ceyhun Bayramov COP29-un sədrliyinin gündəliyi, Azərbaycanın iqlimlə mübarizə və iqlimin maliyyələşdirilməsi sahəsində təşəbbüsləri barədə məlumat verib.

0456e71d 1144 3ff1 80e8 f03f436ccbd7 b337482e 9640 364a b6a5 3c7e6eeffd98

Paylaş: