lavrov ceyhun 11

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Moskvada rəsmi səfərdə olacaq.

Zaxarova Azərbaycan XİN başçısı ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında danışıqların keçiriləcəyini vurğulayıb.

O bildirib ki, danışıqlarda Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, regional və beynəlxalq gündəmdə duran aktual məsələlər müzakirə olunacaq.

Paylaş: