Ceyhun Bayramov Mirzoyanla Brüsseldə görüşəcək?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə görüşü planlaşdırılmayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar və ya görüş nəzərdə tutulmayıb”, – XİN-in sözçüsü Ani Badalyan bildirib.

Xatırladaq ki, dekabrın 11-12-də Ermənistan XİN başçısı Ararat Mirzoyan Brüsseldə işgüzar səfərdə olacaq. O, Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin toplantısında iştirak edəcək.