ceyhun bayramov 12

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyətinin yerləşdiyi qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kahramanmaraş şəhərindəki Koordinasiya Mərkəzinə gəliblər.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hər iki nazir Mərkəzdə yaradılmış şəraitlə tanış olublar.

Koordinasiya Mərkəzində hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.

***14:52

Kahramanmaraşda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu Fövqəladə Hallar Nazirliyinin mobil səhra hospitalında olublar.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev səhra hospitalında yaradılan şərait barədə hər iki nazirə məlumat verib.

Ceyhun Bayramov və Çavuşoğlu Kahramanmaraşda FHN-in mobil səhra hospitalında olublar

***13:52

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərindəki dağıntılar olan ərazilərə gəliblər.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hər iki nazir davam etdirilən axtarış-xilasetmə əməliyyatları ilə yaxından tanış olublar.

Daha sonra Bayramov və Çavuşoğluna əməliyyatlarla bağlı məlumat verilib.

Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.

cek 1 cek 2 cek 3

***13:15

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə|nin Kahramanmaraş şəhərinə səfəri çərçivəsində AFAD Mərkəzini ziyarət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Nazir zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.

Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu görülən işlərlə bağlı Azərbaycan XİN başçısı ilə müzakirələr aparıb.

Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərində AFAD-ı ziyarət edib - FOTO Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərində AFAD-ı ziyarət edib - FOTO Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərində AFAD-ı ziyarət edib - FOTO Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərində AFAD-ı ziyarət edib - FOTO

***12:36

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkənin Kahramanmaraş şəhərinə gəlib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, naziri gətirən təyyarə şəhərin hava limanına eniş edib.

Kahramanmaraşda hər iki nazirin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi nəzərdə tutulub.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

***09:00

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb.

Bu barədə Globalinfo.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.

Ceyhun Bayramov Kahramanmaraşa çatıb - FOTO - YENİLƏNİB Ceyhun Bayramov Kahramanmaraşa çatıb - FOTO - YENİLƏNİB

Paylaş: