Ceyhun Bayramov yeni səfirlərlə görüşdü – YENİLƏNİB

16 sentyabrda  Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri İssam bin Saleh əl-Cuteylini qəbul edib.

XİN-dən Globalinfo.az-a verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir dost ölkə olan Səudiyyə Ərəbistanının səfirinə uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və s. sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu məmnuniyyətlə qeyd edərək, münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların mühüm rol oynadığını bildirib. Xüsusilə, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı həmrəyliyin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin nümayiş etdirilməsi məmnunluqla xatırlanıb.

Xarici işlər nazirlərinin qarşılıqlı səfərlərinin, XİN-lər arasında keçirilmiş məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Səfir iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da genişlənməsi istiqamətində səyləri daha da artıracağını qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səudiyyə Ərəbistanı səfiri etimadnaməsinin surətini Azərbaycan XİN rəhbərinə təqdim edibSəudiyyə Ərəbistanı səfiri etimadnaməsinin surətini Azərbaycan XİN rəhbərinə təqdim edib

***16:17

Sentyabrın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Ömər Al Naharı qəbul edib.

XİN-dən Globalinfo.az-a verilən məlumata görə, səfir Ömər Al Nahar ilk öncə etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfir Ömər Al Naharı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Müzakirələr zamanı, siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən nazir bu xüsusda, iqtisadiyyat, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin və Hökumətlərarası Komissiyanın fəaliyyətinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini xüsusilə vurğulayıb.

Regional və beynəlxalq təşkilatlar və platfotmalar, o cümlədən Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ermənistanın 30 ilə yaxın dövrdə ərazilərimizin işğalı, etnik təmizləmə siyasəti, eləcə də 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə dövründə Ermənistanın davam edən təxribatları, separatçılıq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edən səfir Ömər Al Nahar diplomatik fəaliyyəti dövründə İordaniya-Azərbaycan arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüşübCeyhun Bayramov İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüşübCeyhun Bayramov İordaniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb