Ceyhun Bayramov İƏT-in iclasında iştirak edir

Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri Ciddədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində növbədənkənar iclası keçirilir.

Globalinfo.az xəbər verir ki, görüşün əsas məqsədi Yaxın Şərqdəki vəziyyəti, o cümlədən regionda ağırlaşan humanitar durumu müzakirə etməkdir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının təşkilatçılığı ilə keçirilən toplantıda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Nazirin iclasda çıxışı və ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.