Ceyhun Bayramov Ərdoğanı təbrik edib

 

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan XİN başçısı bununla bağlı tvitter səhifəsində paylaşım edib.

Paylaşımı təqdim edirik:

Qardaş Türkiyədə keçirilən növbəti seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğanı və Cümhur İttifaqı tərəfindən qazanılan möhtəşəm qələbə münasibətilə səmimi təbriklərimi çatdırıram! Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminik!”.