Ceyhun Bayramov daha dörd həmkarı ilə görüşdü – YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində slovakiyalı həmkarı Yuray Blanar ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “X” hesabında paylaşım edib.

“Slovakiyalı həmkarım Yuray Blanar ilə görüşməkdən və əməkdaşlığı daha da inkişaf etdirmək üçün fikir mübadiləsi aparmaqdan çox məmnun oldum”, – nazir qeyd edib.

***14:13

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə özbəkistanlı həmkarı Baxtiyar Saidovla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onlar iqtisadiyyat, ticarət sahəsində qarşılıqlı əməkdaşlıq barədə danışıb, regional vəziyyət sahələrində geniş spektrli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə danışıblar.

Görüş barədə özünün “X” hesabında paylaşım edən C.Bayramov yazıb ki, həmkarını rəsmi Bakının regional sülh səyləri barədə məlumatlandırıb.

***14:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin Antalya şəhərində Burkina Fasonun Xarici İşlər və Regional Əməkdaşlıq naziri Jan Mari Traore Karamoko ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Hər iki nazir əməkdaşlığın daha da gücləndirilməsinə hazır olduqlarını bildiriblər.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. Tərəflər bir sıra istiqamətlərdə əməkdaşlıq potensialını vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***13:07

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Küveytdən olan həmkarı Abdullah Əli Əl-Yəhya ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Onlar iki dövlət arasında mövcud əməkdaşlığı müzakirə edib və bütün çoxtərəfli platformalarda qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.