
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Z.Bünyadov prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “ZİL” markalı qaldırıcı kranda baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin hidravlik nasosu yanıb, avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
***
Ziya Bünyadov prospektində kranda baş verən yanğın sıxlığa səbəb olub.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Ziya Bünyadov prospekti, “Çermet” körpüsünün yaxınlığında nəqliyyat vasitəsində (qaldırıcı kran) yanğın baş verib.
Bu səbəbdən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.