“Cənubi Qafqaz Tehran üçün vacib məsələdir” – İran XİN sözçüsü

“İran Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları prosesinin yeni mərhələsini dəstəkləyir”.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani deyib.

“Cənubi Qafqaz Tehran üçün vacib məsələdir. İran qonşuları arasındakı fikir ayrılıqlarının sülh yolu ilə həllini dəstəkləyir”-deyə, o bildirib.

Kənani Ermənistan XİN başçısının Abdullahianın İrəvan səfərinə cavab Olaraq Tehrana gəldiyini, iki ölkənin XİN nümayəndələri arasında bir sıra məsələlərin müzakirə ediləcəyini söyləyib.

Ayşən Mustafa
Globalinfo.az